Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:08

Qlobal iqtisadi böhran ABŞ-ın təhlükəsizliyinə ən real təhdiddir


ABŞ-ın Kəşfiyyat İdarəsinin rəhbəri Denis Bleyr deyib ki, qlobal iqtisadi böhran hazırda Amerikanın təhlükəsizliyinə ən real təhdiddir.
Konqresə təqdim etdiyi hesabatda Bleyr bildirib ki, nə qədər ki, böhran davam edir, siyasi qeyri-sabitlik riski də böyük olacaq.

Təhlükəsizliyə digər təhdidlərlə bağlı Kəşfiyyat İdarəsinin rəhbəri onu qeyd edib ki, Amerikanın kəşfiyyat orqanları İranın nə vaxt nüvə silahı istehsal etmək niyyətində olduğunu bilmirlər. Ancaq Tehran bu niyyətindən əl çəkməyib.

Bleyrin sözlərinə görə, «Əl-Qaidə»nin rəhbər şəxsləri öldürüldükdən sonra bu təşkilat artıq əvvəlki gücünü və effektivliyini itirib.
XS
SM
MD
LG