Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:23

Tacikistan bir dövlət kimi çökmək üzrədir


Bu xəbərdarlığı Beynəlxalq Böhran Qrupu edib. Qrupun yaydığı hesabata görə, ölkəni başına götürən korrupsiya, Özbəkistanla həll olunmayan mübahisələr, xaricə gedən işçilərin göndərdiyi pulun kəskin azalması və enerji infrastrukturunun demək olar ki, tamamən dağılması Tacikistanın bugünkü duruma düşməsinə səbəb olub.

Beynəlxalq Böhran Qrupu bütün bunlara görə beynəlxalq təşkilatların tövsiyələrini qulaqardına vuran prezident İmaməli Rəhmanı günahlandırır. Tacikistanda idarəçilik böhranının olduğunu bildirir.
XS
SM
MD
LG