Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

«Uyğunlaşa bilənlər, güclü olanlar salamat qalır»


Ağalar Məmmədov
Ağalar Məmmədov
«Darvinin nəzəriyyəsi sadəcə bir nəzəriyyədir və o öz təsdiqini tapmayıb. Amma Darvin nəzəriyyəsinə alternativ bir nəzəriyyə də hələ irəli sürülməyib. Bunun qarşısında yalnız kreasionizm – ilahi başlanğıc inancı var. Amma elm hələ alternativ bir nəzəriyyə ortaya qoymayıb».

Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvinin 200 yaşının tamam olması ilə bağlı «Azadlıq» radiosunun «İşdən sonra» proqramında açılan söhbət zamanı filosof Ağalar Məmmədov belə deyib.

O deyir ki, əslində insanlarda Darvinin meymunun insana çevrilməsi fikrinə münasibət daha çox stereotiplərin təsiri ilə dəyişir:

«Biz insanın qurd totemindən yarandığına daha həvəslə inanırıq, nəinki meymundan evolyusiya yolu ilə insana çevrildiyimizə. Çünki meymunu karikatur, daha aşağı bir varlıq hesab edirik».

Filosof deyir ki, təbii seçim nəzəriyyəsi özünü sosial münasibətlərdə tam doğruldur:

«Darvin deyir ki, təbiətin arxasında şüurlu məqsədli plan yoxdur, yalnız təbii seçim var. Uyğunlaşa bilənlər, güclü olanlar salamat qalır».

Ağalar Məmmədovun fikrincə, Darvinə mənfi münasibətin arxasında dini təbliğatın təsiri dayanır:

«Bilmirəm, biz Darvinə münasibəti dəyişə bilərik ya yox, hər halda mən hesab edirəm ki, Darvin bizə işıq göstərib».

(Bakı sakinlərinin Darvinizm haqqında fikirlərinə burada baxa bilərsiniz)
Baki sakinləri Darvin və meymun haqqında
XS
SM
MD
LG