Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Nazirliklərə hücum olub. Azı 26 nəfər ölüb


Bu hücumlara görə cavabdehliyi Taliban üzərinə götürüb

Bu hücumlara görə cavabdehliyi Taliban üzərinə götürüb

Əfqanıstanda hökumət binalarına edilmiş hücum nəticəsində azı 26 adam ölüb, 55 nəfərsə yaralanıb. Silahlı adamlar Kabilin mərkəzində Ədliyyə Nazirliyinə basqın edərək atəş açmağa başlayıblar.

Hakim dairələrin verdiyi məlumata görə, hücum edənlərdən ikisi öldürülüb, ikisi isə özünü partladıb.

Kabilin şimalında 2 intiharçının özlərini həbsxana idarəsinin qarşısında partlatması nəticəsində isə azı 10 adam ölüb.

Təhsil Nazirliyinə hücum etmək istəyən bir intiharçı isə öldürülüb.

Bu hücumlara görə cavabdehliyi Taliban üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG