Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:26

Mirzə Sakit prezidenti məhkəməyə verib


«Azadlıq» qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit (Zahidov) prezident İlham Əliyevi məhkəməyə verib.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistlə görüşən həyat yoldaşı Rəna Zahidova verib.

M. Sakit bu addımı atmasına səbəb kimi həbs olunmasından sonra ailəsinin hökumətin repressiv əməllərindən əziyyət çəkməsini göstərib və bildirib ki, bunu məhkəmədə sübut edəcək.

Artıq iddia ərizəsi cəzaçəkmə müəssisəsi rəhbərliyi tərəfindən Səbail rayon Məhkəməsinə göndərilib.

Sakit Zahidov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Satirik 2006-cı il iyunun 23-də qanunsuz narkotik saxlamaq və istifadə etmək ittihamı ilə həbs olunub. Hazırda onun cəzasının bitməsinə təxminən 5 ay qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG