Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:41

«Plaf Azərbaycana çox tutarlı bir ismarışla gəlmişdi»


«Devid Plaf Azərbaycana çox tutarlı bir ismarışla gəlmişdi. Bu, demokratiyaya aidiyyatı olan, vətəndaşların idarəçilik proseslərinə qatılmasına dair bir ismarış idi. Eyni zamanda texnologiyaların istifadəsi və səsvermənin təkmilləşdirilməsinə dair bir ismarış idi. Və bu insanlara nəticə etibarı ilə daha tutarlı bir azadlıq hissi verir».

Fevralın 11-də ABŞ səfiri Enn Ders bu günlərdə Bakıda səfərdə olan prezident Obmanın seçki qərargahının sabiq rəhbəri Devid Plafla bağlı jurnalistlərin suallarını cavablandırarkən belə deyib:

«Devid Plaf sıravi bir vətəndaşdır. Sadəcə, o, vaxtı ilə prezident Obamanın seçki kampaniyasının idarəçisi idi. O, Azərbaycana özəl bir vətəndaş qismində səfər etmişdi. Təbii ki, onun səfəri ABŞ tərəfindən əlaqələndirilmişdi. Lakin burada hansısa bir məxfi missiya daşıyan amil olmayıb».

Səfir əlavə edib ki, ABŞ-da siyasi proseslərin inkişafını izləyənlər bilir ki, həm respublikaçıların, həm də demokratların təmsilçiləri Barak Obamanın prezidentlik kampaniyasını çox tərifəlayiq adlandırıblar.

E.Ders deyir ki, məhz bu kampaniyanın arxasında Devid Plaf dayanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG