Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:29

«Qiymətləri endirin!»


«Yeni Müsavat»: Müxalifət parlamentdə iqtidardan tələb etdi: «Qiymətləri endirin!»
«Yeni Müsavat»: Müxalifət parlamentdə iqtidardan tələb etdi: «Qiymətləri endirin!»
«Yeni Müsavat»: Müxalifət parlamentdə iqtidardan tələb etdi: «Qiymətləri endirin!»
Fevralın 10-da Milli Məclisin növbəti iclası keçirildi. Cari məsələlərə ayrılan vaxt ərzində deputat Fəzail Ağamalı paytaxtdakı obyektlərin vitrinlərinin əsasən əcnəbi dillərdə yazılmasına diqqət çəkdi. Deputat spikerdən səlahiyyətlərindən istifadə edib məsələ ilə bağlı müvafiq icra strukturları ilə danışıqlar aparmağı xahiş etdi:

«Xahiş edirəm Azərbaycan dili haqqında qanunun pozulmasına görə, müvafiq qurumlar, mağaza sahibləri, reklam şirkətləri cəzalandırılsın».
F.Ağamalı Quba məzarlığındakı insan sümüklərinin məhv olmaq təhlükəsi qarşısında qaldığını da bildirib təcili tədbir görməyə çağırdı.

«Monopolistlər ucuzlaşmaya imkan vermir». Bunu isə Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli söylədi. O bildirdi ki, təmsil olunduğu partiya ölkədəki sosial-iqtisadi durumun ağırlığı ilə bağlı bəyanat qəbul edib:
«Biz Müsavat deputat qrupunda bu məsələni müzakirə etmişik. Son illər Azərbaycanda qiymət artımı əhalinin vəziyyətinə çox ağır təsir edib».

«525-ci qəzet»:
«AŞ PA-nın yeni alt komitəsi Dağlıq Qarabağ problemini də araşdıracaq». Bunu Səməd Seyidov müsahibəsində bildirib:

«Bu mərhələdə yalnız komitənin yaradılmasına qərar verilib və britaniyalı deputat, demokrat Devid Vilşir komitənin rəhbəri təyin olunub. Komitənin iş planı, gələcək fəaliyyəti, konkret addımları böyük ehtimalla aprel sessiyasında daha konkret müəyyənləşəcək».

Səməd Seyidov deyir ki, Avropa Şurasının qaydalarına əsasən alt komitələrin iclasları əksər hallarda sessiyalar çərçivəsində keçirilir:
«Ona görə ki, bu icalsları sessiyalararası dövrdə təşkil etmək çox çətin və problemlidir. Hər bir alt komitə fəaliyyətə başlayanda müxtəlif yığıncaqlar, söhbətlər, konfranslar keçirilir. Bu, onların iş üsuludur. Alt komitələrin iş prinsipi məhz danışıqlar aparmaq, dəyirmi masalar, konfranslar və bu kimi tədbirlər keçirməkdir».

«Yeni Azərbaycan»:
Rusiyanın Ermənistana silah ötürməsi ikitərəfli strateji münasibətlərə uyğun gəlmir. Parlamentin vitse-spikeri Bahar Muradova hesab edir ki, Rusiya Azərbaycan tərəfini inandırmalıdır:

«Rusiyanın bu addımı əlbəttə ki, Azərbaycanla münasibətlərə çox pis təsir bağışlayıb. Bu münasibətlər bu gün də aydın hiss olunur. Biz dəqiq bilmirik ki, silahlardan Rusiya hökumətinin nə dərəcədə xəbəri var. Amma hər halda, bu gün də Rusiyada Ermənistana silah ötürən maraqlı dairələr mövcuddur. Bütün bu kimi məlumatların olması Azərbaycanı narahat etməyə bilməz. Biz öz mövqeyimizi və fikirlərimizi Rusiya tərəfinə dəfələrlə bildirmişik. Baxmayaraq ki, ortada təkzib var, amma yenə də narahatlığımızı ifadə etməliyik. Bu kimi halların baş verməsi Azərbaycanla Rusiyanın strateji tərəfdaşlığına və indiki münasibətlərinə heç cur uyğun gəlməyən addımdır».

«Bizim Yol»:
«Deputatlarımız rayonlara referenduma getmir. Buna heç kəs qadağa qoya bilməz».

Bu sözləri Səyavuş Novruzov hakim partiyanın vaxtından əvvəl təşviqat kampaniyasına başlaması barədə fikirlərə münasibət bildirərkən səsləndirib:
«YAP-çı deputatların rayonlara səfərləri 18 marta təyin edilən referendumla bağlı deyil. Deputatlarımız seçicilərlə ənənəvi görüşlərini keçirir».
O deyib ki, müxalifətin MSK-ya müraciətinin heç bir hüquqi əsası yoxdur:

«Deputat gedib rayonlarda seçicilərinin problemi ilə maraqlanır. Buna heç kəs qadağa qoya bilməz. YAP seçki təcrübəsi olan partiya olduğundan qanunvericiliyin tələblərinə əməl edir. Müxalifət yalnız belə hallara yol verə bilər. Yeri gəlmişkən, bəzi müxalifət qəzetlərində referendumun əleyhinə materiallar dərc edilir. Bunun özü qanunvericiliyə ziddir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG