Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:22

Terri Devis Konstitusiyaya dəyişikliklərdən narahatdır


«Azərbaycanda həbs olunan jurnalistlərin sayı məni getdikcə daha çox narahat edir. Mən Azərbaycan hökümətini bütün bu halları təcili olaraq araşdırmağa çağırıram».

Avropa Şurasının Baş katibi Terri Devisin aıçıqlamasında belə deyilir.

Cənab Devis həmçinin Konstitusiyaya təklif edilən dəyişikliklərin bəziləri ilə bağlı da narahatlığını bildirir:

«Bu dəyişikliklər mart ayında referenduma çıxarılacaq və onlar gələcəkdə medianın azadlığını məhdudlaşdıra bilər. Şəxsi həyatın müdafiəsi ilə bağlı təklif edilən müddəalar olduqca genişdir və Avropa İnsan Hüquqları Konvensiyasına zidd yollarda istifadə oluna bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG