Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:38

Ötən il 303 bələdiyyə sədri cəzalandırılıb


2008-ci ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyətinə yönəlik 1615 müraciət daxil olub. Qanun pozuntularına yol vermiş 421 bələdiyyə sədri haqda inzibati xəta protokolları tərtib edilərək məhkəmələrə göndərilib.

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin fevralın 10-da parlamentə təqdim etdiyi illik məruzədə belə deyilir.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov məruzəsində deyib ki, məhkəmələrə verilən bələdiyyə sədrlərindən 303-ü müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.

Bələdiyyələrin fəaliyyətinə nəzarət zamanı bəzi hallarda isə cinayət xarakterli hüquq pozuntularına da rast gəlinib. Bu cinayətlər əsasən torpaq sahələrinin ayrılmasında hərrac və müsabiqə qaydalarının pozulması ilə bağlıdır. Belə ki, 2008-ci ildə bələdiyyələr 300 hektara yaxın torpaq sahəsini qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə vermişlər ki, bu da məhkəmələr tərəfindən ləğv edilmişdir.

V.Zahirov 15 bələdiyyəyə cinayət işləri qaldırıldığını da vurğulayıb.

Bəzi deputatlar isə bələdiyyələrin birləşdirilməsinin vacibliyini bildiriblər.
XS
SM
MD
LG