Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:08

Obama İranla əməkdaşlıq imkanlarını araşdırır


Obama deyir ki, İranla qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurmaq mümkündür

Obama deyir ki, İranla qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurmaq mümkündür

Prezident Barak Obama deyib ki, o, qarşıdakı aylarda ABŞ-ın İranla birbaşa danışıqlarına aparıb çıxaracaq yenilikləri gözləyir.

Ağ Evdə keçirdiyi mətbuat konfransında Amerika prezidenti bildirib ki, onun komandası İranla birbaşa təmas qurulması mümkün olan sahələri araşdırır.

Obamanın sözlərinə görə, Amerikayla İranın münasibətlərində çoxlu çətinliklər olsa da, onların qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurması mümkündür.

İran parlamentinin spikeri Əli Laricani isə Amerikanın yeni rəhbərliyini Yaxın Şərqə dair öz planlarını müəyyən etməyə çağırıb.

Madriddə İspaniyanın baş naziri ilə görüşündən sonra Laricani deyib ki, İran bu cür planları nəzərdən keçirə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG