Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10
«Mümkün deyil ki, Barak Obamanın seçki qərargahının sabiq rəhbəri Amerikadan bura sırf şəxsi səfərlə gəlsin. Onun konkret missiyası var».

Politoloq Ərəstun Oruclu «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. O, hesab edir ki, əslində belə adamlar hakimiyyətə çox yaxın olurlar:

«Belə nümayəndələr mənsub olduqları hakimiyyətin mesajlarını verirlər. Mesajlar da bundan ibarətdir ki, rəsmi Bakının davranışı bugünki Vaşinqton tərəfindən başa düşülmür. Necə olur ki, Rusiya Azərbaycanla ərazi mübahisəsi olan Ermənistan da daxil olmaqla hərbi blok yaradır, Azərbaycan isə bugünəcən xarici siyasətinin prioritetlərini müəyyən etmək istəmir».

Politoloq bildirir ki, Vaşinqtonda Azərbaycan hökumətinin bir-birinin ardınca antidemokratik qərarlar verməyini başa düşmürlər:

«Başa düşə bilmirlər ki, Azərbaycan Qərblə əməkdaşlıq etdiyi zaman Rusiyadan əlini üzmək istəmir. Halbuki, bu məsələlərdə Qərbin maraqları yüzdə-yüz bir-birinə ziddir».

Ə.Oruclu deyir ki, Devid Plaf rəsmi Bakını «dişinə vurmağa» gəlib ki, nə duyduğunu Vaşinqtona çatdırsın:

«Bu isə ABŞ-Azərbaycan münasibətlərini müəyyən edəcək faktorlar olacaq».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG