Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:34

Təşviqat qruplarının sayı yeddiyə çatdı


MSK təşəbbüs qruplarının təsdiqlənməsinə fevralın 11-nə kimi baxacaq
MSK təşəbbüs qruplarının təsdiqlənməsinə fevralın 11-nə kimi baxacaq
Mərkəzi Seçki Komissiyası (MSK) konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üzrə referendum üçün təşviqat qrupu qismində «Davamlı İnkişaf Naminə» və «Zəka» təşviqat qruplarını qeydiyyata alıb. Qərar komissiyanın fevralın 9-da keçirilən iclasında qəbul olunub.

MSK-nın katibi Natiq Məmmədov deyib ki, «Davamlı İnkişaf Naminə», həmçinin «Zəka» qrupunun topladığı imzaların 42 mindən çoxu etibarlıdır.

Bu vaxta kimi referendum üzrə «Yeni Azərbaycan», «Şəhər», «Tərəqqi», «Hüquq və demokratiya» və «Vətəndaş Cəmiyyəti» təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. «Abad kənd» və «Azad söz» təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

MSK 4 təşəbbüs qrupunun imzalarının təsdiqlənməsi məsələsinə hələ baxmayıb. Onların arasında müxalifət düşərgəsində yaradılan «Qarabağ və Respublika», həmçinin «Respublika» təşəbbüs qrupları da var.

MSK təşəbbüs qruplarının təsdiqlənməsinə fevralın 11-nə kimi baxacaq.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG