Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:16

Etimadsızlıq…


10 yaşlı afrikalı uşaq tanımadığı birini təsvir edəndə belə deyir: «Beləsi adamı satar, ilim-ilim itirər»
10 yaşlı afrikalı uşaq tanımadığı birini təsvir edəndə belə deyir: «Beləsi adamı satar, ilim-ilim itirər»
Demək olar ki, bütün sosial araşdırmalar bir qrup üzvlərinin digər qrup üzvlərinə yanaşmasına yönəlir. Hamıya elə gəlir ki, əvvəlcədən tanışlıq etibar yaradır, yadlıq əksinə etibarsızlıq…

Amma yeni araşdırma göstərir ki, qrupdaxili etimadsızlıq da böyük olur və bəzən cəmiyyətin, ölkənin inkişafına mane olan amil elə bir xalqın nümayəndələrinin bir-birinə etibar etməməsidir.

Afrikanın cənubunda 10 yaşlı uşaq da tanımadığı, xoşlamadığı birini təsvir edəndə belə deyir: «Beləsi adamı satar, ilim-ilim itirər». Bunun səbəbi var. Afrikalılar yüzilliklər boyu quldarlıqdan əziyyət çəkiblər. Həm də tək əcnəbilər deyil, dost dostu, valideyn uşağını satıb.

Quldarlıq xüsusilə Afrikanın qərbində inkişaf edib. İqtisadçılar Nathan Nan və Leonard Uantçekon diqqəti elə bura çəkir. Sosioloq və iqtisadçılar həmişə deyirlər ki, stabil iqtisadiyyat və real demokratiya qurmağın əsas şərtlərindən biri inam, etibardır. Etibarın çox olduğu cəmiyyətlərdə dövlət quruculuğu yüksək səviyyədədir, bazarlar daha açıqdır, korrupsiya azdır. Əslində əməkdaşlıq istənilən halda etibar üzəridə qurulur. Məsələn, ticarətdə etibar olmayan yerdə investorlar da olmaz. Gündəlik xərclər artar, marağını qorumaq istəyən iş adamının xərci çox olar. Amma etimadın olduğu yerdə vəziyyət başqadır, üstəlik iş adamı yeniliyə doğru daha ürəklə gedir.

Beləliklə, araşdırma aparan Nan və Uantçekon qərara gəlib ki, Afrikanın qərbində inkişafa mane olan camaatın bir-birinə etibar etməməsidir. Dədə-babaları quldarlıqdan əziyyət çəkmiş afrikalılar indi kimsəyə inana bilmir. Etimadsızlıq bir müdafiə üsulu kimi nəsildən-nəslə keçib.

Nyu-York Universitetində iqtisadi və siyasi elmlərdən dərs deyən Leonard Uantçekon deyir ki, Afrikada insan öz xalqına da başqası kimi etibar etmir, bəzən hətta özününkünə əcnəbidən az inanır. Müəllif Gregory Rodriguez afrikalıları həmrəy xalqlarla müqayisə edir. Məsələn, yəhudilərin başqalarının zülmünə cavab olaraq birləşdiyini yazır.

Amma Afrikanın qərbində quldarlıq cəmiyyət üzvlərinin bir-birinə etimadına zərbə vurub. Ekspertlər hesab edir ki, vəziyyətdən çıxmaq üçün mətbuat kömək etməlidir, bir də uşaqlara erkən təhsil verilməlidir. İnsanlara izah etmək lazımdır ki, etimadsızlığa əsas yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG