Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20

Aprelin 25-də prezident ABŞ-a yola düşür


Aprelin 25-də prezident ABŞ-a yola düşür. Aprelin 26-dan 28-dək Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olacaq. Amerika prezidenti Corc Buşun dəvətilə baş tutacaq səfər zamanı İlham Əliyev Ağ Evdə, Dövlət Departamentində və Pentaqonda görüşlər keçirəcək. Səfər proqramına ABŞ-Azərbaycan Ticarət Palatasında çıxış da daxildir. Prezident İlham Əliyevin Amerika səfərində siyasi və iqtisadi əməkdaşlığa dair sənədlər imzalanacaq.

Birləşmiş Ştatların Azərbaycanda missiyasını başa vurmuş səfiri Rino Harniş ötən həftə jurnalistlərlə vida görüşündə bildirib ki, İlham Əliyevin Amerika səfərində məqsəd iki ölkənin əməkdaşlığı üçün yüksək səviyyəli etimadın qurulmasıdır. Bu səfər zamanı təhlükəsizlik və enerji məsələləri də müzakirə olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG