Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

Etibar Məmmədov: «Tələb olunmayana qədər mətbuatda görünməməyə qərar vermişdim»


Etibar Məmmədovla müsahibə, 6 aprel 2006

Etibar Məmmədovla müsahibə, 6 aprel 2006

« Tanınmışlar » ın bu dəfəki qonağı AMİP - in lideri Etibar Məmmədovdur . O , 1988- ci ildə başlamış xalq hərəkatının əsas liderlərindən biri olub . 1990- cı ilin 20 Yanvar hadisələri zamanı Moskvanın « Lefertovo » həbsxanasında saxlanarkən Azərbaycan xalqı yekdilliklə onun azad olunmasını tələb etmişdi . Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi mübarizənin daxili müstəviyə keçməsi bu şəxslər haqqında müxtəlif fikirlərin meydana çıxmasına rəvac verdi . Heç şübhəsiz ki , cəmiyyətin siyasiləşmiş hissəsinin ayrı - ayrılıqda xalq hərəkatının liderlərinə birmənalı münasibət bəsləməməsi təkcə onların müxtəlif partiyalara parçalanmasından , iqtidar - müxalifət mübarizəsindən deyil , həm də müxalifətlə - müxalifət arasında siyasi ziddiyyətlərdən qaynaqlanır .


Etibar Məmmədov : « Bir il əvvəl mən fəal siyasi fəaliyyətdən uzaqlaşıb planlaşdırdığım digər işlərlə məşğul olmağa qərar vermişdim . Partiyanın digər funksionerlərinin irəli çıxması , sözlərini deməsi mənim üçün daha məqbul idi . Tələb olunmayana qədər mətbuatda görünməməyə qərar vermişdim . Ancaq məcburiyyət qarşısında planlarımı arxa plana keçirməyə məcbur oldum . Çünki partiyanın daxilində yaranmış vəziyyətdən sui - istifadəyə cəhd göstərən kiçik bir qrup oldu . Onlar belə düşündülər ki , lider cari rəhbərlikdən uzaqlaşıbsa , bu partiyanı şəxsi məqsədlər üçün istifadə etmək , onu hətta özününküləşdirmək olar ...»


DİNLƏYİN !


XS
SM
MD
LG