Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:14

Şahin Diniyev: «Son 13 ildə yerimizdə addımlamışıq»


"Azadlıq" radiosunun müxbiri İlqar Rəsulun Şahin Diniyevlə söhbəti, 13 aprel 2006

"Azadlıq" radiosunun müxbiri İlqar Rəsulun Şahin Diniyevlə söhbəti, 13 aprel 2006

«Tanınmışlar» ınbu dəfəki qonağı Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçi Şahin Diniyevdir.



Yığmanı vəziyyətinin bir o qədər də yaxşı olmadığı vaxtda qəbul edən bu şəxs nəinki Azərbaycanın futbol həvəskarların məyus etməyib, hətta 25 min insanı Respublika Stadionuna toplaya bilib. Azərbaycan yığmasının onun rəhbərliyi altında Ukrayna və Türkiyə milliləri ilə heç-heçə oynaması azarkeşlərdə milli kamandada nəhayət ki, uğurlu çıxışlar olacağına ümidləri artırır. Yığma komandaya məşqçilik etmək idmançı karyerasında ən yüksək zirvə hesab edilsə də, cənab Diniyev hələlik Azərbaycanda bu vəzifənin öz sahibinə ciddi qayğılarla yanaşı, tənqidlər və əlavə çətinliklər gətirdiyini deyir: «Milli komandanın məşqçisi olmaq daimi deyil. Yəni, uğursuz oyunun hər birindən sonra istefa verə bilərsən. Bilirdim ki, məni hansı çətinliklər gözləyir və kimsə bu məsuliyyəti üzərinə götürməli idi. Bizim 13 ildə götürdüyümüz istiqamət mənim fikrimcə düzgün deyildi. Zaman da bunu təsdiqlədi ki, bu illər ərzində heç nə əldə etməmişik, yerimizdə addımlamışıq. Ona görə istiqamətimizi dəyişməliyik. Mən də müvəqqəti olsam da çalışacam ki, Azərbaycan futbolunu düzgün istiqamətə yönəldim...»



DİNLƏYİN !


XS
SM
MD
LG