Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

Azərbaycanlı tədqiqatçı Azərbaycanda işləmək istəmir


Rusiya, Novosibirsk -- Geninə insan geni daxil edilmiş transgen siçan və ondan alınmış süd, 25 mart, 2005. Alimlər transgen heyvanların südü əsasında dərman preparatları hazırlamağı düşünürlər

Rusiya, Novosibirsk -- Geninə insan geni daxil edilmiş transgen siçan və ondan alınmış süd, 25 mart, 2005. Alimlər transgen heyvanların südü əsasında dərman preparatları hazırlamağı düşünürlər

Bugünkü «Qlobus»da:

- Baltik Azərbaycanlıları Konqresi yaradılıb;


- Fransadakı tələbələr Tuluzada Azərbaycan gününü keçiriblər;


- İsveçdə yaşayan azərbaycanlı memar Mübariz Əzimovun Oksfordda əsəri çapdan çıxıb;


- Avropa ölkələrində təhsillərini davam etdirən azərbaycanlılar aldıqları bilikləri Azərbaycanda tətbiq edə bilirlərmi?


- Bu yaxınlarda Litva, Latviya və Estoniyadakı Azərbaycan cəmiyyətlərini birləşdirən Baltik Azərbaycanlılarının Konqresi yaradılıb. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev deyir ki, Baltikyanı ölkələr Avropa Birliyinə daxil olandan sonra bu ölkələrə azərbaycanlıların axını azalıb.


- Aprelin 6-da isə Fransanın Tuluza şəhərində Azərbaycan günü keçirilib. Tədbiri Tuluzadakı Azərbaycan tələbələri və Strasburqda fəaliyyət göstərən Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası
təşkil edib. Bunu «Azadlıq»a Assosiasiyanın sədri Vazeh Əsgərov deyib.


- Bu yaxınlarda İngiltərənin Oksford şəhərində azərbaycanlı memar Mübariz Əzimovun «Qədim Azərbaycanda kənd tipli yaşayış məskənlərin memarlığının inkişafı» adlı kitabı ingilis dilində çapdan çıxıb. Mübariz Əzimov üç ildir İsveçdə yaşayır, deyir ki, vətəndən uzaqda olsa da, Azərbaycanın qədim memarlığı ilə bağlı tədqiqatlarını davam etdirir.


- İlham Əkbərovsa Bakıda magistraturanı bitirdikdən sonra mübadilə proqramı ilə Almaniyaya tədqiqat işləri aparmağa gəlib. Müxtəlif proqramlar çərçivəsində təhsilini davam etdirib. Hazırda elmi işlə məşğuldur. Deyir ki, müəyyən çətinliklər olsa da, indiki zamanda ixtisasına görə Azərbaycanda çalışmaq istəmir və artıq bir sıra Almaniya şirkətlərindən iş təklifləri alıb.


DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG