Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:28

Son zamanlar Kanadaya köçən azərbaycanlıların sayı azalıb


Ottava şəhəri, Lansdoun Parkı

Ottava şəhəri, Lansdoun Parkı

Bugünkü «Qlobus»da:

- Bugünlərdə Londonda ilk Azərbaycan məktəbi açılacaq;


- Misirdə oxuyan azərbaycanlı tələbələr Azərbaycanla bağlı tədbir keçiriblər;


- Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının ofisi açılıb;


- Son zamanlar Kanadaya köçən azərbaycanlıların sayı azalıb.


- Aprelin 22-də Londonda «Caspian-Khazri» adlı Azərbaycan məktəbi açılacaq. Bazar günlərində dərslər keçiriləcək məktəbdə Azərbaycan dili, tarixi, coğrafiyası və mədəniyyəti tədris ediləcək. Məktəb müəllimlərindən biri, hazırda Londonda təhsil alan Vüsal Həmzəyev deyir ki, İngiltərədə 40 minə yaxın azərbaycanlı yaşadığından bu ölkədə Azərbaycan məktəbinin açılması vacibdir. O, deyir ki, məktəbin açılmasına Britaniyadakı türk icması yardım göstərib.


- Misirdə oxuyan azərbaycanlı tələbələri birləşdirən təşkilatın üzvləri isə ötən həftə Qahirədəki Amerika Universitetində keçirilən «Beynəlxalq gün» adlı sərgidə Azərbaycanla bağlı bilgilər verib. Bu haqda «Qlobus»a Misirdə oxuyan Fərid Cəbrayılzadə danışıb.


- İran azərbaycanlılarından olan Nüsrət Delbəstə isə Berlindəki Azərbaycan Cəmiyyətləri Federasiyasının sədridir. Ötən şənbə Berlində Federasiyanın ofisi açıldı. Federasiya 10 il ofissiz fəaliyyət göstərirdi. Nüsrət Delbəstə deyir ki, ofisin açılmasıyla Berlində Azərbaycan diasporunun mərkəzi yarandı, bu da cəmiyyətə daha geniş fəaliyyət göstərməyə imkan verəcək.


- Bugünkü «Qlobus»un axırıncı qonağı Kanadadan Asif Kərimovdur. Asif Kərimov Sumqayıtdandır. Altı ildir Kanadadadır, əvvəlcə Torontoda, son üç ildir isə Ottavada yaşayır. Onun təşəbbüsü ilə bu yaxınlarda Ottavada ilk Azərbaycan cəmiyyəti – Ottava Azərbaycanlıları İcması yaranıb. Deyir ki, əvvəlki illərə baxanda son zamanlar Kanadaya köçən azərbaycanlıların sayı azalıb.


Asif Kərimov Türkiyədə universiteti qurtarandan sonra Kanadaya magistraturaya oxumağa gedib, sonra bu ölkədə çinli xanımla ailə qurub. İndi Kvebek Universitetində maliyyə bölməsində təhsilini davam etdirir. Deyir ki, Kanadadakı şəraitindən razıdır, amma nə vaxtsa ailəsiylə Bakıya qayıdacağını istisna etmir.


- Və Kanadadan daha bir xəbər. Bu ölkədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzinin nəzdində «Folklor kursu» yaradılıb. Kursun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etməkdir.


DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG