Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:17

Xarici tələbələr Azərbaycan və rus dillərindən imtahan verəcəklər


Türkiyənin ali məktəblərinə qəbul olmaq istəyən azərbaycanlı abituriyentlər isə aprelin 22-də imtahan veriblər

Azərbaycanda təhsil alan xarici tələbələr bu il ilk dəfə birinci kursdan sonra Azərbaycan və rus dillərindən imtahan verəcəklər. İmtahan may ayında olacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK ) sədri Məleykə Abbaszadə aprelin 22-də keçirdiyi mətbuat konfransında dedi ki, rus bölməsində oxuyan xarici tələbələrdən rus dilindən, Azərbaycan bölməsində təhsil alanlardan isə Azərbaycan dilindən imtahan götürüləcək: «Onlar ötən il magistratura imtahanlarına girməkdən imtina etdilər, dedilər ki, biz Azərbaycan dilini bilmirik, mən soruşdum ki, siz dörd ildir harada oxumusunuz, dedilər, Azərbaycanda».

Xanım Abbaszadənin sözlərinə görə, artıq imtahanın layihəsi hazırdır.


Aprelin 22-də Türkiyənin ali məktəblərinə qəbul olmaq istəyən azərbaycanlı abituriyentlər də imtahan verdilər. Azərbaycanlılar üçün Türkiyənin 12 universitetində 21 ixtisas üzrə 47 yer ayrılıb. Türk dilindən ayrıca imtahan verən abituriyentlərə əlavə bir saat da verilmişdi. Məleykə Abbaszadənin sözlərinə görə, türk dilindən müvəffəqiyyətlə imtahan verən və müsabiqədən keçən abituriyentlər birbaşa qonşu ölkənin ali məktəblərinin birinci kursuna qəbul olunacaqlar. Yəni, onlar digərləri kimi, hazırlıq kursunda təhsil almayacaqlar.


Aprelin 25-dən isə TQDK 2006-2007-ci tədris ili üçün Rusiyanın ali məktəblərində Azərbaycan vətəndaşlarına ayrılmış yerlərə imtahan üçün sənədlərin qəbuluna başlayır. Sənədlərin qəbulu mayın 5-dək davam edəcək. İmtahanlar isə mayın 12-də keçiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG