Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

Gəncədə Ombudsman Aparatının nümayəndəliyi açılacaq


Ombudsman Elmira Süleymanovanın sözlərinə görə, əhalinin şikayətlərinin ombudsmana çatması üçün belə bir nümayəndəliyə ehtiyac var

«Məhkəmələrin işinə müdaxilə etməyə ixtiyarımız yoxdur, ancaq ombudsman institutuna şikayətlərin çoxu bu instansiyadan gəlir. Buna görə də məhkəməylə əməkdaşlıq yolları axtarıb tapmışıq».

Bu sözləri deyən ombudsman Elmira Süleymanova ölkədə ilk dəfə onlarla məhkəmə arasında əməkdaşlıq mexanizminin hazırladığını bildirdi:


"Biz bir neçə toplantı keçirmişik. Məhkəmə rəhbərlərini yığırıq, danışırıq, sonra da şikayətləri göndəririk. Onların da hərdənbir reaksiyası olur".

Cümə günü Gəncədə ətrafdakı 23 rayon və şəhərin polis nümayəndələri, hakimlər və bələdiyyə üzvləri ilə görüş keçirən ombudsman hələ də hüquq-mühafizə orqanlarında döyülmələrin, xoşagəlməz halların olduğunu, işgəncə verilməsiylə bağlı şikayətlərin gəldiyini söylədi. Elmira Süleymanova onu da bildirdi ki, Ombudsman Aparatının cavabdeh orqanlara yönəltdiyi şikayətlərin yalnız 30 faizi yerinə yetirilir.


«Gəncədə Ombudsman Aparatının nümayəndəliyi açılacaq» deyən xanım Süleymanovanın sözlərinə görə, əhalinin şikayətlərinin ombudsmana çatması üçün belə bir nümayəndəliyə ehtiyac var.


Günün bütün mövzuları

XS
SM
MD
LG