Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:53

«Ayna»: «İran Azərbaycanı çətin vəziyyətdə qoydu»


"Ayna" qəzetindəki "İran Azərbaycanı çətin vəziyyətdə qoydu" başlıqlı məqalədə bildirilir ki, İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar aprelin 21-də başa çatan səfəri ilə Azərbaycanı çətin vəziyyətdə qoydu. İndi Bakı seçim etməlidir: ya İranın yanında olmaq, ya da ona qarşı olmaq. Müəllif hesab edir ki, birinci variantda Azərbaycan çox çətin vəziyyətə düşə bilər. Bu halda Bakının Avro-Atlantik məkana inteqrasiya kursunun ciddi təhlükəyə məruz qalacağı istisna deyil. Söhbət həm siyasi, həm hərbi, həm də iqtisadi prioritetlərin itirilməsi təhlükəsindən gedir. İkinci halda isə İranla münasibətlər çox gərginləşəcək. Müəllifin fikrincə, bu istər regional, istərsə də daxili siyasi baxımdan ciddi proseslərə səbəb ola bilər.

"Yeni Azərbaycan"qəzetindəki "Azərbaycan xarici dövlətlərin suallarına cavab verəcək" başlıqlı məqalədə bildirilir ki, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olan ölkələr Azərbaycanın bu quruma üzvlüyü ilə bağlı suallarını mayın 1-nə kimi təşkilatın katibliyinə təqdim edəcək. Katiblikdən hesab edirlər ki, 2006-cı ilin sonlarında ÜTT-yə üzvlüklə əlaqədar Cenevrədə işçi qrupun 5-ci iclasında həmin suallar Azərbaycan nümayəndə heyətinin diqqətinə çatdırılacaq.


"Bakı xəbər" qəzetinin əməkdaşı son dövrlər Azərbaycanın işğal olunmuş ərazilərinin hərb yolu ilə azad ediləcəyinə dair səslənən fikirlərin nə dərəcədə real olduğunu şərh edir. Müəllif ekspertlərin rəyinə istinadən yazır ki, müxtəlif məlumatların yayılmasına rəğmən, bugünkü hakimiyyət heç vaxt işğal edilmiş əraziləri güc yolu ilə geri qaytarmağa cəhd göstərməyəcək. Bunun iki başlıca səbəbi var: əvvəla hakimiyyət müharibəyə başlayacağı təqdirdə hər hansı uğursuzluqla üzləşib hakimiyyəti itirəcəyindən ehtiyatlanır. İkinci bir tərəfdən, beynəlxalq ictimaiyyət birmənalı şəkildə müharibə əleyhinə olduğundan, mövcud iqtidar əlavə təzyiqlərlə üzləşmək istəmir.


XS
SM
MD
LG