Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:28

Mustafa Məhəmməd Nəccar: «Azərbaycanlılar bizim mövqeyimizi amerikanlara çatdıra bilər»


Mustafa Nəccar jurnalistlərin suallarını cavablandırır, Bakı, 20 aprel 2006
Mustafa Nəccar jurnalistlərin suallarını cavablandırır, Bakı, 20 aprel 2006
İran öz mövqeyini Azərbaycan vasitəsilə Amerikaya çatdırmaq istəyir. Prezident İlham Əliyev Birləşmiş Ştatlara aprelin sonlarında nəzərdə tutulmuş səfəri zamanı bu istəyi yerinə yetirə bilər. Bakıda səfərdə olan İranın Müdafiə naziri Mustafa Məhəmməd Nəccar Xarici İşlər Nazirliyində görüşdən sonra jurnalistlərə belə deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası İranın dostu və qonşusudur. Və səfərinin məqsədi əməkdaşlığı genişləndirməkdir: «Bizim Birləşmiş Ştatlar və digərlərinə qarşı arqumentimiz aydındır. Biz inanırıq ki, prezident İlham Əliyev Vaşinqtona səfəri zamanı bəyanatlarımız və işimiz barədə arqumentlərimizi onlara çatdıracaq. Mümkündür ki, bizim arqumentlər onları elə inandıracaq ki, öz hərəkətlərindən əl çəkəcəklər. Bu, o demək deyil ki, azərbaycanlılar vasitəçilik edir. Ancaq onlar bizim mövqeyimizi amerikanlara izah edə bilər».

Mustafa Məhəmməd Nəccar deyir ki, Azərbaycanla ikitərəfli əlaqələrin inkişafı, dərinləşdirilməsi istiqamətində iş gedir. Hərbi əməkdaşlıq sahəsində saziş də var. Əgər hərbi əməkdaşlığın inkişafında əməli və texniki maneələr olarsa, onlar aradan qaldırılır.


Birləşmiş Ştatlar rəsmilərinin İranı hədələyən bəyanatlarına gəlincə, Müdafiə naziri bu hədələri yeni saymır: «Birləşmiş Ştatlar son 27 ildə İranı oxşar bəyanatlarla hədələyib. Çox danışanın adətən iş görməyə gücü olmur. Biz həmişə danışıqlara tərəfdar olmuşuq və indi də problemlərin həlli üçün danışıqlara hazırıq. Ancaq biz bu hədələrdən qətiyyən narahat deyilik. İran həmişə güc və ağılla hərəkət edir».

İranın Müdafiə naziri Mustafa Məhəmməd Nəccar aprelin 20-də Şəhidlər Xiyabanında, Xarici İşlər və Müdafiə Sənayesi Nazirliklərində olub. Onu prezident İlham Əliyev də qəbul edib. Səfər proqramına Bibiheybət məscidini ziyarət də daxildir. Mustafa Məhəmməd Nəccar aprelin 21-də Bakını tərk edəcək.


İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq son bir neçə ildə qurulmağa başlayıb. 2004-cü ildə İranın Müdafiə naziri Əli Şəmxani Bakıya, bir il sonrasa Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev İrana səfər edib. Sonuncu səfər zamanı İran və Azərbaycan hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG