Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:56

İranın Мüdafiə naziri Azərbaycana gəlir


Aprelin 19-da İranın Müdafiə naziri Mustafa Məhəmməd Nəcər Bakıya üçgünlük rəsmi səfərə gəlir. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı İlqar Verdiyev «Azadlıq» radiosuna bildirib ki, M.Nəcər aprelin 19-da Azərbaycanın Müdafiə naziri Səfər Əbiyevlə görüşəcək. Aprelin 20-də Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Müdafiə Sənayesi Nazirliyində görüşlər keçirəcək. Onu prezident İlham Əliyev də qəbul edəcək.

İlqar Verdiyevin bildirdiyinə görə, hər hansı sənədin imzalanması gözlənilmir, səfərin məqsədi müdafiə sahəsində əməkdaşlıq xarakteri daşıyır.


2004-cü ilin dekabrında İranın Müdafiə naziri Əli Şamxani Bakıda səfərdə olub. 2005-ci ilin may ayında isə Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev İranda olub. Həmin vaxt İran və Azərbaycan hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.


XS
SM
MD
LG