Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:06

Silahlı dəstə yaratmaqda təqsirləndirilən 16 nəfərin məhkəməsi davam edir


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Abid Abdinbəyovun sədrliyi ilə qanunsuz silahlı qruplaşma yaratmaqda təqsirləndirilən 16 nəfərin məhkəməsi davam edir. Bu şəxslər arasında Azərbaycan, Rusiya və Türkiyə vətəndaşları var.

Dəstə üzvlərindən ikisi – Arif Hacıyev və Emil Haqverdiyevin ötən ilin iyulunda polis əməkdaşlarına atəş açarkən yaxalandığı bildirilir.

Cinayət işi üzrə vəkil Mirismayıl Hadi isə bu şəxslərə qarşı irəli sürülən ittihamlarla razı deyil: «Onlar guya gələcəkdə Çeçenistanda döyüşmək adıla qrup yaradıb. Əslində, buna qrup da demək olmaz. Onlar arada bir Çeçenistana yardım göndəriblər».


Həmin 16 nəfər Cinayət Məcəlləsinin 279-cu maddəsi –qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmaqda, qanunsuz silah gəzdirməkdə ittiham olunur.


İş üzrə ittiham sübut olunarsa, onları on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.


Bundan əvvəl də «Qarabağ Partizanları» adlı qrupa eyni ittihamla iş kəsilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG