Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23

Obama: «Ləngiyə bilmərik»


ABŞ prezidenti Barak Obama Konqresi təcili hökumətin təklif etdiyi iqtisadi yardım paketini qəbul etməyə çağırıb:

«Ləngiyə bilmərik. Planın həcmi və əhatəsi aydındır və indi hərəkət etmək vaxtıdır.Əgər biz bu planı tezliklə həyata keçirməsək, onda iqtisadi böhran milli faciəyə dönəcək, milyonlarla amerikalı iş yerini, evini və sağlamlıq sığortasını itirəcək».

Hökumətin təklif etdiyi ilkin məbləğ 937 milyard dollar idi.

Amma Senatdakı respublikaçılar bu məbləğin 780 milyarda endirilməsini təkid edirlər.

Gələn həftə sənədin səsə qoyulacağı gözlənilir.

Son məlumata görə Amerikada işsizliyin səviyyəsi 7.6 faizə çatıb ki, bu son 17 il ərzində ən pis göstəricidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG