Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34

Babacan Nalbandyanla görüşüb


Fevralın 9-da isə Əli Babacan Azərbaycana gəlir

Fevralın 9-da isə Əli Babacan Azərbaycana gəlir

Fevralın 7-də Münhendə keçirilən beynəlxalq konfrans çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.

Əli Babacanla Edvard Nalbandyan Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması və Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

Bu 2009-cu ildə Türkiyə və Ermənistan xarici işlər nazirlərinin ikinci görüşüdür. Bundan əvvəl nazirlər Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində görüşmüşdülər.

Fevralın 9-da isə Əli Babacan Azərbaycana gəlir.

Onun prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
XS
SM
MD
LG