Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:32

MSK referendum bülletenlərinin çapına başlayıb


Fevralın 7-də Mərkəzi Seçki Komissiyası (MSK) referendumda istifadə olunacaq bülletenlərin çapına başlayıb.

MSK-dan Azər Sarıyev «APA»ya bildirib, seçki bülletenləri Milli Məclisin mətbəəsində çap olunur. Mətbəənin yerləşdiyi ərazini Dövlət Xüsusi Mühafizə Xidmətinin əməkdaşları mühafizə edir.

Ölkə üzrə seçicilərin sayından 3 faiz artıq - 4 milyon 950 min bülleten çap olunacaq. Bülletendə Konstitusiyaya nəzərdə tutulan 49 əlavə və dəyişiklik göstəriləcək. Hər bir əlavə və dəyişikliyin qarşısında «hə» və «yox» qrafaları olacaq.

«Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum martın 18-də keçiriləcək.
XS
SM
MD
LG