Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:35

Buraxılış imtahanlarında yeniliklər olacaq


Mart ayında orta məktəblərin 11-ci sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanlarında bir sıra yeniliklər olacaq.

Bunu Təhsil naziri Misir Mərdanov bildirib.

Təhsil naziri deyib ki, bu il ilk dəfə hər bir şagird üçün individual tapşırıq olacaq:

«Bu da imkan verəcək ki, şagirdlər biri digərindən köçürməsin. Digər yenilik isə odur ki, «Cavab kartları»na şagirdlərin rəngsiz şəkilləri yapışdırılacaq».

M.Mərdanov şagirdlərə imtahana mobil telefonu gətirməmək haqqında xəbərdarlıq da edib.

Bu ildən Azərbaycanın bütün orta məktəblərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada, testlə keçiriləcək. / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG