Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:27

Venesiya Komissiyasının plenar iclası martın 13-14-ə təyin edilib


Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərə rəy verəcək.

Bu barədə «APA»ya Venesiya Komissiyasının katibliyindən məlumat veriblər. Komissiyanın plenar iclası martın 13-14-ə təyin edilib.

AŞ PA Monitorinq Komitəsi Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərə rəy vermək üçün Venesiya Komissiyasına müraciət edib.

Martın 18-ə təyin olunan referendumda Konstitusiyaya 30-a yaxın dəyişiklik təklif olunub. Əsas dəyişiklik də bir nəfərə iki dəfə deyil, istədiyi qədər prezident seçilə bilmək hüququnun verilməsidir.
XS
SM
MD
LG