Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:51

BOK 10 Azərbaycan idmançısına təqaüd verəcək


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycanın 10 ən yaxşı idmançısına fərdi təqaüd verəcək. Məqsəd onların 2008-ci ildə Pekində keçiriləcək olimpiya oyunlarına daha yaxşı hazırlaşmasına yardım etməkdir. Təqaüdün məbləği ayda 620 dollardır və idmançılar onu 28 ay müddətində alacaqlar

Azərbaycan Milli Olimpiya Komitəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəmaləddin Rəhmanov deyir ki, adı təqaüdçülər siyahıya düşənlər son olimpiya yarışlarında və dünya birinciliklərində yüksək nəticə göstərən idmançılardır: «Bunlar güləşdə Fərid Mənsurov, Namiq Abdullayev, Vitali Rəhimov, atıcılıqda Zemfira Meftəhəddinova, İradə Aşumova, boksda son dünya birinciliyində medal qazanan idmançılardır».


Ümumilikdə BOK dünya ölkələri üzrə 3000 nəfər idmançıya belə təqaüdlər vermək qərarına gəlib. Əgər əvvəllər hər bir ölkənin idmançılarına ayrılan təqaüdlər Milli Olimpiya komitələri vasitəsilə paylanırdısa, indi fərdi təqaüdlər birbaşa idmançıların özlərinə veriləcək.


Beynəlxalq Olimpiya Komitəsinin təqaüdündən başqa, Azərbaycanın Milli Olimpiya Komitəsi də perspektivli idmançılara təqaüd verir. Həmin təqaüdün məbləği isə idmançının qazandığı uğurlardan asılı olaraq 300-600 dollar arasıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG