Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:31

Qazax və Tərtərdə atəşkəs pozulub


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələri aprelin 14-ü gecəyarısı Qazax rayonunun Aşağı Əskipara və Məzəmli kəndlərini 15 dəqiqə ərzində atəşə tutub.

Azərbaycan Ordusunun Qazax rayonunun Qızıl Hacılı kəndindəki mövqeləri də Ermənistanın İcevan rayonunun Berkaber kəndindən atəşə tutulub.


Aprelin 15-i səhər saat 5:30-da isə Azərbaycan Ordusunun Tərtər rayonundakı Qarmiravan kəndində yerləşən mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyi bildirir ki, bütün hallarda atəş avtomat və pulemyotlardan açılıb. Azərbaycan tərəfi cavab atəşi açıb. İtki yoxdur.


XS
SM
MD
LG