Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:40

«Şaumyanın nəvəsi Rusiyada Hind Araşdırmaları Mərkəzinin rəhbəridir»


Nəsiman Yaqublu
Nəsiman Yaqublu
«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, tarixçi alim Nail Əliyev «26 Bakı komissarı» abidəsinin sökülməsini düzgün qərar hesab edir. Onun sözlərinə görə, «Sahil» bağı qəbiristanlıq deyil:

«Bəzi tarixçilər bu abidənin sökülməsinə etiraz edirlər. Deyirlər ki, bu, bizim tariximizdir. Düzdür, tariximizdir, heç kim tərəfindən tanınmayan, heç bir hüququ statusu olmayan, özünü komissar adlandıran terrorçular Bakının mərkəzi yerində torpağa basdırılıblar. Onların işi Bakıda yaşayan müsəlmanları, onların siyasətini qəbul etməyən insanları qorxutmaq, vahimə içərisində yaşatmaq, qətlə yetirmək olub. Böyük insanlar xiyabanlarda basdırılıblar. Nəyə görə «26 Bakı komissarı» adlandırılan bu xalq düşmənləri «Sahil» bağında uyumalıdırlar?»

N.Əliyev Stepan Şaumyanın 1920-ci ildə güllələnən «26 Bakı komissarı» arasında olmadığı, Hindistana qaçdığı və 90-cı illərdə orda vəfat etdiyi fikrinə də münasibət bildirdi:

«O vaxt Ziya Bünyadov da bu məsələni qaldırmışdı. Bildirmişdi ki, Şaumyan Hindistana gedib. Maraqlısı budur ku, Şaumyanın nəvəsi Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Hind Araşdırmaları Mərkəzinin rəhbəridir. Yəni, bu, təsadüfdür? Məncə, burada tədqiqat üçün çox maraqlı faktlar var».

Digər tarixçi-alim Nəsiman Yaqublu isə 1990-cı ildə Moskvada Anastas Mikoyandan bəhs edən «Tak bılo» adlı kitab haqda məlumat verdi. Onun sözlərinə görə, 15 min tirajla buraxılan bu kitab əsasən Mikoyanın «26 Bakı komissarı» ilə bağlı fəaliyyətinə həsr olunub:

Nail Əliyev
«Sökülən məqbərənin hüdudlarından kənara çıxa bilmirik. Nə qədər müzakirə etsək də, əsl tarixi geniş arenaya çıxarmırıq. Ermənilər isə belə kitablar buraxmaqla rus, Avropa oxucusunu çaşdırırlar».

N.Yaqublunun sözlərinə görə, 70 il Azərbaycan xalqı «26 Bakı komissarı»nın abidəsini müqəddəs yer kimi ziyarət edib:

«Buranın müqəddəs yer kimi tanınmasının əsas səbəbkarı ermənilər olublar. Komissarların cəsədi Bakıya 1920-ci ilin avqustunda gətirilib. Sentyabrın 15-də Bakını xilas edən türk əsgərlərinə abidə qoyulması nəzərdə tutulub. Amma sentyabrın 8-də «26-lar»ı təntənəli basdırmaqla, xalqa qurtuluş gününü unutdurublar».

Tarixçi-alim belə hesab edir ki, Əzizbəyov və Caparidzenin də heykəlləri Bakıdakı götürülməlidir:

«Bakının siması təkcə zahiri baxımdan dəyişməli deyil. Həm də uydurulmuş qəhrəmanlara qoyulan abidələri, heykəlləri, milli-mənəvi dəyərləri ilə dəyişməlidir. Artıq biz müstəqil Azərbaycanın Bakısını qurmalıyıq. Bundan başqa, dərsliklərdən Səməd Vurğunun «26-lar poeması»ndan tutmuş digər ideoloji tapşırıqlarla yazılan əsərlər yığışdırılmalıdır».

«26 Bakı komissarı» adlandırılan şəxslər

Boqdasar Avakyan — Bakı şəhərinin komendantı Məşədi Əzizbəyov —Bakı quberniyasının komissarı. Tatevos Əmirov —kovaler dəstəsinin komandiri.
Arsen Amiryan —«Bakı fəhləsi» qəzetinin redaktoru Meer Basin — hərbi-inqilab komitəsinin üzvü. Eyjen Berq — matros.
Anatoliy Boqdanov — xidmətçi. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü. Armenak Boryan — jurnalist.
Mirhəsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı. İvan Qabışev — briqada komissarı. Prokofiy Caparidze — Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri
Yakov Zevin — əmək üzrə xalq komissarı. Mark Koqanov — hərbi-inqilab komitəsinin üzvü. Qroqoriy Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı
Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini. İvan Malıqin — Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri. İrakliy Metaksa — Şaumyanın şəxsi cangüdəni.
İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi. İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni. Suren Osepyan — «Bakı şurasın xəbərləri» qəzetinin redaktoru
Qriqoriy Petrov — Bakı şəhər mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri. Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar. Fyodr Solntsev — hərbi işçi.
İvan Fioletov- xalq təsərrüfatı şurasının sədri. Stepan Şaumyan — Kavkaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri.

Buna da bax:

XS
SM
MD
LG