Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:16

Bazayla bağlı danışıqlar davam etdirilir


Qırğızıstan hökuməti hələ də hərbi bazayla bağlı ABŞ-la danışıqları davam etdirir. Qırğızıstanın Baş naziri İqor Çudinov belə deyib.

İki gün əvvəl ölkə prezidenti Kurmanbek Bakiyev Moskvada Rusiyadan 2 milyard dollar kredit alanda bəyan etmişdi ki, «Manas» hərbi bazasını bağlayacaqlar.

Əfqanıstandakı Amerika qoşunlarının təhcizatı baxımından önəmli olan bazanın bağlanması üçün hökumətin hazırladığı qanun layihəsi artıq parlamentə təqdim olunub.

Amma hökumətin parlamentdəki təmsilçisi Çirza Kaparov deputatlara tövsiyə edib ki, onlar qanunu öncə diqqətlə komissiyalarda araşdırsınlar. Bu üzdən gələn həftənin sonundan tez qanunun səsverməyə çıxarılması gözlənilmir.
XS
SM
MD
LG