Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:15

MSK «Azad söz»ə «yox» dedi


MSK «Vətəndaş Cəmiyyəti» Təşəbbüs Qrupu Təşviqat Qrupu kimi qeydə alıb

MSK «Vətəndaş Cəmiyyəti» Təşəbbüs Qrupu Təşviqat Qrupu kimi qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) referendumla bağlı yaradılan «Azad söz» Təşəbbüs Qrupunu Təşviqat Qrupu kimi qeydə almaqdan imtina edib.
Qərar komissiyanın fevralın 5-də keçirilən iclasında qəbul olunub. MSK katibi Natiq Məmmədov deyib ki, Təşəbbüs Qrupu adından təqdim olunan 43 min 100 seçici imzasının 38 min 261-i etibarlı, 4 min 839-u isə etibarsız sayılıb.
N.Məmmədov deyib ki, «Azad söz» Təşəbbüs Qrupunu Təşviqat Qrupu kimi qeydə almaq üçün lazım olan etibarlı imzaların sayı az olub.
MSK-nın həmin iclasında «Vətəndaş Cəmiyyəti» Təşəbbüs Qrupu Təşviqat Qrupu kimi qeydə alınıb. N. Məmmədov Təşəbbüs Qrupu adından quruma 43 min 300 imza təqdim olunduğunu, onların 41 min 277-nin etibarlı sayıldığını deyib.

Komissiya «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupunun iki nəfər imza toplayan təmsilçisinin Binəqədi rayonunda polis təzyiqi ilə üzləşməsinə dair şikayətinə də baxılıb. N. Məmmədov polisin məlumatına istinadən belə bir hadisənin olmadığını deyib. Ümid Partiyasının MSK-dakı təmsilçisi isə buna etiraz edərək MSK-nın araşdırma aparmadan bu rəyə gəldiyini vurğulayıb. Buna baxmayaraq şikayət rədd edilib.
XS
SM
MD
LG