Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:46

Azər Mehtiyev: «Bizdə qiymətlər aşağı düşməyib»


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev

Qlobal maliyyə böhranı dünya ölkələrinin çoxunda qiymətlərin ucuzlaşmasına səbəb olub. Məlumdur ki, böhrana birbaşa təsir göstərən neftin qiymətinin ucuzlaşmasıdır. Azərbaycan da neft ölkəsidir. Ancaq mütəxəssislər deyirlər ki, bizdə nəinki qiymətlər aşağı düşmür, əksinə bahalaşma gedir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev «Azadlıq» radiosunun «Xəbər-Ətər» proqramına deyir ki, son rəsmi məlumatlara inansaq, qiymətlərin müəyyən qədər aşağı düşməsi meyli baş verir:
«Bu, əsasən tikinti materiallarında, cüzi də olsa daşınmaz əmlak bazarında müşahidə olunur. Ancaq bu, bütün dünya ölkələrində baş verən ucuzlaşma deyil. Bizdə qiymətlər aşağı düşməyib».
A.Mehtiyev deyir ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bazar iqtisadiyyatı, azad bazar münasibətləri mövcuddur. Yəni orada rəqabətli iqtisadiyyatdır, azad sahibkarlıq var. Belə bir şəraitdə xüsusilə enerjidaşıyıcıların qiymətləri aşağı düşəndə, təkif tələbi üstələyir, nəticədə ucuzlaşma baş verir:
«Azərbaycan iqtisadiyyatında isə enerjidaşıyıcıların qiymətlərini dövlət tənzimləyir. Qiymətlər hökumət səviyyəsində aşağı düşməlidir. Neftin qiyməti ucuzlaşdığına görə, büdcəyə vəsaitin yığılması çətinləşir və bu gedişlə bahalaşma olacaq. Rəqabət və azad sahibkarlıq mühiti yoxdur. İnhisarlaşmış iqtisadiyyat var. Müşavirələrdə də məmurlar deyirlər ki, bununa mübarizə aparmalıyıq, ancaq bu baş vermir. Çünki idxal-ixrac bir neçə adamın nəzarəti altındadır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG