Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:02

İqlim dəyişkənliyinin qarşısını uşaqların sayı ilə almaq olar


Conatan Porritt Britaniya hökumətini ailə planlaşdırılması məsələlərinə ciddi yanaşmağa çağırır
Conatan Porritt Britaniya hökumətini ailə planlaşdırılması məsələlərinə ciddi yanaşmağa çağırır
Dünyaya ikidən artıq uşaq gətirən ailələr ətraf mühitə qarşı məsuliyyətsizlik göstərirlər. Bunu iddia edən Britaniya ekoloqları hesab edirlər ki, qlobal iqlim dəyişkənliyinə qarşı mübarizənin əsasında demoqrafik inkişafın zəiflədilməsi məsələsi durmalıdır.

Britaniya hökumətində İnkişaf Komissiyasına rəhbərlik edən Conatan Porritt də hesab edir ki, abort və hamiləliyə qarşı vasitələr ekoloji problemlərlə mübarizədə həlledici rol oynaya bilər.

Porritin sözlərinə görə, siyasətçilər belə bir arqumenti açıq dilə gətirməyə ürək etmirlər. «Burada qəbahət olan bir şey yoxdur, mən adamların diqqətini ətraf mühitə görə, şəxsi məsuliyyət daşımağa çağırıram», – deyə «The Times» qəzetinə verdiyi açıqlamasında Porritt bildirib. O, əlavə edib ki, ailələrdə uşaqların sayı ilə ekologiya arasında olan əlaqənin reallığı tezliklə hamı tərəfindən qəbul olunacaq.

Vaxtilə Yaşıllar Partiyasının rəhbəri olan Conatan Porritt Britaniya hökumətini ailə planlaşdırılması məsələlərinə ciddi yanaşmağa çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG