Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:14

Gəncədə etiraz aksiyası. Sakinlər yolu kəsib


Gəncədə su problemi sakinləri fevralın 4-də avtomobil yolunu kəsməyə məcbur edib. Təxminən 50 nəfərin qatıldığı aksiya nəticəsində şəhərin Üzeyir Hacıbəyov küçəsində avtomobillərin hərəkəti müəyyən vaxt ərzində məhdudlaşıb. Sakinlər tələbi onların yaşadıqları 5-ci mikrorayona suyun verilişinin bərpa olunması idi. Sakinlər deyirlər ki, bütün ayların su pulunu ödəyiblər.
Polisin müdaxiləsindən sonra aksiya iştirakçıları avtomobil yolunu açıblar. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov həqiqətən də şəhərin bır sıra ərazilərində su probleminin olduğunu təsdiqləyib:

«5-ci mikrorayonda sakinlərin 60 faizi su pulunu ödəyiblər, ödənişin məbləği artdığı təqdirdə axşam saatlarına kimi suyun verilişi bərpa olunacaq».

Qeyd edək ki, Gəncədə su problemi bir aya yaxındır ki, davam edir. Şəhərin bir neçə su anbarı və artezianlarında elektrik enerjisinin dayandırılması nəticəsində şəhər sakinlərinə suyun verilişi dayandırılıb.

Rəsmilər bunun səbəbini əhalinin istifadə etdikləri suyun dəyərini tam ödəməməklə əlaqələndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG