Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:15

Nardarandakı mitinq təxirə salınıb


Nardaran kəndində fevralın 4-nə təyin edilən mitinq təxirə salınıb. Buna səbəb hakimiyyətdən kənd ağsaqqallarına aksiyanın təxirə salınması ilə bağlı müraciətin daxil olmasıdır.
Bunu «Azadlıq» radiosuna Nardaran kənd ağsaqqallarından Natiq Kərimov bildirib:
«Yuxarıdan, yəni hakimiyyət dairələrdən bizə müraciət olundu və deyildi ki, mitinqi təxirə salın».
N.Kərimov deyir ki, onlara deyiblər ki, həbs edilən nardaranlılarla bağlı bir neçə günə müsbət qərar qəbul oluna bilər.
O, müraciətin kim tərəfindən edildiyini açıqlamayıb.
Natiq Kərimov deyir ki, ötən mitinqlərdə iki nəfərin dedikləri fikirlər hakimiyyətdəki maraqlı qüvvələr tərəfindən şişirdilib.
İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz olaraq Nardaranda keçirilən mitinqlərin birində bəzi kənd sakinləri deputat Sabir Rüstəmxanlının ölümünə fətva verdiklərini deyiblər.
Onları narazı salan məsələ millət vəkilinin İranın «Səhər» televiziyası haqda söylədiyi fikirlər olub.
Deputatın hüquq-mühafizə orqanlarına müraciətindən sonra faktla bağlı cinayət işi açılıb və iki kənd sakini - Hikmət Vəliyev və Əli Hüseynov həbs edilib.
Fevralın 4-nə planlaşdırılan mitinqdə kənd sakinləri həbslərə etiraz etməliydilər.
XS
SM
MD
LG