Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:11

Ermənistanda nazir müavinini qətlə yetiriblər


Fevralın 3-də gecə saatlarında evinin qarşısında Ermənistanın Daxili İşlər nazirinin müavini 34-yaşlı Qevork Mqeryan güllələnib. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müavin tapança ilə başından aldığı güllə nəticəsində keçinib. Atəş açanlar hadisə yerindən qaçıblar.

Qevork Mqeryan ötən ilin iyulunda Ermənistan Daxili İşlər Nazirliyinin müavini təyin edilib. 2006-cı ilin martın 13-dən ötən ilin iyulunadək Ermənistan prezidentinin müşaviri vəzifəsində çalışıb. Turan
XS
SM
MD
LG