Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:55

Qara dənizdə kiçik ada üstündə böyük dava gedir


Qara dənizdə bir ada var, uzunluğu 500 metr, eni 35 metr ola, ya olmaya.
Bu ada üstündə 5 ildir ki, Rumıniya və Ukrayna kimi iki böyük ölkə hüquqi davada idi.
Adanın özünün elə bir əhəmiyyəti də yoxdur. Mühüm olan adanın kimə məxsus olmasıdır, çünki ada kimə məxsusdursa, ətrafındakı sular da onundur.
Bu isə 12 min kvadrat kilometrlik ərazidir.
Rumıniyanın ehtimalına görə, bu 12 min kvadrat kilometrdə dənizin dibində 100 milyard kub metr qaz, 10 milyon ton neft var.
Fevralın 3-də Haaqa Ədalət Məhkəməsi kompromis qərar çıxarıb.
Ancaq mübahisəli ərazinin böyük hissəsinin Rumıniyaya çatmalı olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG