Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31

Aydın Mirzəzadə: «Polisin seçkiyə müdaxiləsi yolverilməzdir»


«Hər kəs öz bölgəsinə görə, cavabdehdir. Bizim bölgədə müxalifətin qərargahları var, fəaliyyət də göstərirlər»

«Hər kəs öz bölgəsinə görə, cavabdehdir. Bizim bölgədə müxalifətin qərargahları var, fəaliyyət də göstərirlər»

«Polisin seçkiyə müdaxiləsi yolverilməzdir və bu halların qarşısı alınmalıdır». Bunu «Azadlıq» radiosunun «İşdən sonra» proqramının «Deputat saatı» bölümündə Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, əgər deputat seçildiyi Mingəçevirdə belə faktlar varsa, müxalifət nümayəndələri ona müraciət edə bilərlər.
Ümumilikdə isə A.Mirzəzadə bu fikirdədir ki, müxalifətin imza toplama kampaniyası zamanı problemlərlə üzləşməsi barədə şikayətlər Mərkəzi Seçki Komissiyasında araşdırıla bilər:
«Əgər şikayət versələr. Amma müxalifətçilər bunu etməyiblər».
Deputat seçicilərinin problemlərindən də danışdı. YAP funksioneri deyir ki, Mingəçevirdə işsizlik səviyyəsi ölkə üzrə orta göstəricidən yuxarıdır. Çünki vaxtilə sənaye şəhəri olmuş Mingəçevirdə indi sənaye müəssisələri gücünün 5-10 faizi ilə işləyir. Amma onun sözlərinə görə, bu problemin çözümü üçün addımlar atılır.
A.Mirzəzadə deyir ki, fikir plüralizmini yüksək dəyərləndirir və bölgədə olanda müxalifət nümayəndələri ilə də görüşür. Onun sözlərinə görə, Mingəçevirdə müxalifət partiyalarının qərargahları var. O, digər bölgələrdə müxalifət partiyalarının qərargahlarının 2003-cü il prezident və 2005-ci il parlament seçkilərindən sonra dağıdılması ilə bağlı suala cavab vermək istəmədi:
«Hər kəs öz bölgəsinə görə, cavabdehdir. Bizim bölgədə müxalifətin qərargahları var, fəaliyyət də göstərirlər».
Aydın Mirzəzadə hesab edir ki, ölkədə siyasi məhbus yoxdur. O, jurnalist Eynulla Fətullayevin də siyasi məhbus olmadığını iddia edir.
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevə qarşı irəli sürülən dövlət çevrilişi ittihamının istintaqının nəticə ortaya qoymadığı barədə suala isə, deputat cavab verməkdən imtina etdi.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG