Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:24

«Sərhədsiz Reportyorlar» hakimiyyəti jurnalistlərin təqibinə son qoymağa çağırır


«Sərhədsiz Reportyorlar» hüquq müdafiə təşkilatı Naxçıvanda müstəqil jurnalistlərin təqibə məruz qalmaları ilə bağlı dövlət başçısı İlham Əliyevə, Daxili İşlər naziri Ramil Usubova və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova məktub göndərib.

Məktubda jurnalistlər Məlahət Nəsibovanın, Həikmeldost Mehdiyevin, Mehman Mehdiyevin və Elman Abbasovun təzyiq və təqiblərə məruz qaldığı vurğulanıb.
Yanvarın 16-da Sədərək rayonuna gedərək Xanımzər və Elvin Hüseynovlar ailəsinin itkin düşməsi səbəblərini araşdırmaq istəyən jurnalistlərin burada fiziki zorakılığa məruz qalması məktubda əksini tapıb.

Daha sonra məktubda yanvarın 31-də H.Mehdiyevin hücuma məruz qaldığı, M.Nəsibovaya isə telefon vasitəsilə hədə-qorxu gəlindiyi bildirilib. Hədə-qorxu gələn şəxsin adı və koordinatları məlumdur və polis bu barədə məlumatlandırılıb.

«Bu təqiblərə son qoyulması, günahkarların cəzalandırılması olduqca vacibdir. Polisin bundan sonra da susması başadüşülməz olacaq. Müstəqil jurnalistlər Naxçıvanda azad fəaliyyət göstərməlidir, əks halda bütün siyasi və vətəndaş azadlıqları sual altına düşəcək. Jurnalistlər kiminsə fiziki haqq-hesab çəkilməsi təhlükəsi önündə polisin dərhal fəaliyyətə keçəcəyi barədə zəmanətə malik olmalıdır», - deyə məktubda qeyd edilir.

/Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG