Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Daha bir Nardaran sakini tutulub


Daha bir Nardaran sakini tutulub. Nardaran Ağsaqqallar Şurasının üzvü Məşədi Natiqin «Azadlıq» radiosuna verdiyi məlumata görə, sakinlərdən Hacı Hikmət Vəliyevi evindən aparıblar.
Keçən ay Nardaranda aksiya zamanı bəzi şəxslər deputat Sabir Rüstəmxanlının ölümünə fətva verildiyini deyiblər.
Faktla bağlı cinayət işi qaldırılıb. Hikmət Vəliyevdən əvvəl Əli Hüseynov adlı bir Nardaran sakini də tutulmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG