Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:44

Əli Abbasov: «İki mobil rabitə operatoru abonentlərin tələbatını ödəyə bilmir»


Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyir ki, hazırda ölkədə fəaliyyət göstərən iki mobil rabitə operatoru abonentlərin tələbatını ödəyə bilmir. Buna səbəb telefon istifadəçilərinin sayının və danışıqların artmasıdır. Nəticədə şəbəkə çox yükləndiyindən tab gətirə bilmir və danışıqların keyfiyyətində problem yaranır. Amma nazir hesab edir ki, yaranmış problemlər avqustda üçüncü mobil operator «Azərfonn» Azərbaycan bazarına daxil olandan sonra həll olunacaq.

Əli Abbasova görə, üçüncü mobil operatorun bazara da üçüncü nəsil texnologiyanı gətirəcəyinə ümid edir: «Biz gözləyirik ki, onlar payızda üçüncü nəsil texnologiyanı Azərbaycana gətirəcəklər. Amma bunun üçün yalnız onlar çalışmırlar. Bu yöndə «Azərcell»in də, «Bakcell»in də planı var. Onlar yaxınlarda üçüncü nəsil texnologiyanı istifadəyə verməyə çalışırlar».

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Bakıda rəqəmsal sistemə keçidin yayda, bütövlükdə Azərbaycanda isə növbəti ildə başa çatacağını da söylədi.


Cənab Abbasov qonşu Ermənistanla danışıqlara təhlükəsizlik orqanları tərəfindən nəzarət olunması haqda suala isə belə cavab verdi: «Telefon danışıqlarına və ya digər informasiya vasitələrinə nəzarət və təhlükəsizlik tədbirləri Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilir».

Nazirin sözlərinə görə, cəbhə bölgələrində telekommunikasiya vasitələrinin çəkilməsi və onların təkmilləşdirilməsi yönündə də işlər görülür. Eləcə də azad olunacaq bölgələrdə rabitə sistemlərinin qurulması üçün də ayrıca proqram hazırlanıb.


XS
SM
MD
LG