Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

«Azərbaycanın indiki vəziyyəti təhlükəyə şərait yarada bilir»


Politoloq hesab edir ki, dövlət strukturları və cəmiyyət birgə fəaliyyət göstərməlidir

Politoloq hesab edir ki, dövlət strukturları və cəmiyyət birgə fəaliyyət göstərməlidir

Milli Təhlükəsizlik Nazirliyinin (MTN)in məlumatına görə, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan qrup yaxalanıb. Məlumatda deyilir ki, həmin qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradıb Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindirilməsinə yönəlmiş qanunsuz hərəkətlər törətməyi planlaşdırılıbmış. Bura bir sıra terrorçuluq aksiyalarının təşkili, o cümlədən «Bakı-Novorossiysk» neft boru kəmərinin partladılması planlaşdırılıbmış.
«Azadlıq» radiosunun «Xəbər-ətər» proqramında politoloq Rasim Musabəyovla danışdıq. O deyir ki,«Bakı-Novorossiysk» neft boru kəmərinin partladılması xarici qüvvə üçün sərfəli ola bilərdi.

«Ümumiyyətlə, Azərbaycanın indiki vəziyyəti təhlükəyə şərait yarada bilir. Xüsusilə dini qruplaşmalar üçün». Bu halların qarşısının alınmasına gəldikdə isə Rasim Musabəyov hesab edir ki, bu haqda həm dövlət strukturları, həm də cəmiyyət düşünməli, fəaliyyət göstərməlidir.

Onun sözlərinə görə, milli təhlükəsizliyə xüsusilə ölkənin şimalında vəziyyət, burdakı dini qrupların fəaliyyəti təsir göstərə bilər.
XS
SM
MD
LG