Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:35

Gəncədə referendumla bağlı maarifləndirici materiallar paylanılır


Konstitusiyanın 29 maddəsinə təklif olunan dəyişikliklərin mahiyyətinə dair Gəncə əhalisinə 71 min 600 buklet paylanılıb.

Bu barədə məlumat Gəncədə yerləşən 4 seçki dairəsindən verilib.

Fevralın 1-dən etibarən Mərkəzi Seçki Komissiyası seçki dairələrinə hər məntəqədəki elektoratın sayına uyğun maarifləndirici materiallar verib. Həmin materiallarda Azərbaycan Konstitusiyasında referenduma çıxarılan 29 maddənin hazırkı və əlavə və dəyişiklik ediləndən sonrakı formasının müqayisəsi göstərilib.

Gəncənin 4 seçki dairəsində 150 min 894 nəfər seçici qeydiyyata alınıb. Referendum mart ayının 18-də keçiriləcək.
XS
SM
MD
LG