Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:15

Nəsib Nəsibli: «Axı Rəzulzadə YAP-a nə edib ki...»


Fevralın 2-də müxalifətdən olan bəzi deputatlar parlamentdə M.Ə. Rəsulzadənin 125 illiyinin dövlət səviyyəsində qeyd olunmamasını iqtidara irad tutublar

Fevralın 2-də müxalifətdən olan bəzi deputatlar parlamentdə M.Ə. Rəsulzadənin 125 illiyinin dövlət səviyyəsində qeyd olunmamasını iqtidara irad tutublar

Milli Məclisin hakim partiyadan olan deputatı Səyavuş Novruzov hesab edir ki, Azərbaycan dövlətinin yaradılması məsələsində hər bir adamın xidməti düzgün qiymətləndirilməlidir. Yəni bütün məsələləri bir adamın adına bağlamaq düzgün deyil:
«Ümumiyyətlə, demokratik cümhuriyyətə, Milli Şuraya aid olan insanlar bir nəfərdən ibarət deyil. Bu, Azərbaycanın görkəmli ziyalıları, mütəfəkkirlərindən ibarət bir qrup olubdur. Nəsib bəy Yusifbəyli, Fətəlixan Xoyski, Əlimərdanbəy Topçubaşov və digərləri də olub. Ona görə bir nəfərin adına bağlamaq düz deyil. Burada hər bir insanın xidməti olub, o cümlədən də Məhəmməd Əmin Rəsulzadənin. Bütün bunlar da ümumi şəkildə Azərbaycanın fərman və sərəncamlarında öz əksini tapıb və tapmaqda davam edir».
Fevralın 2-də müxalifətdən olan bəzi deputatlar parlamentdə M.Ə. Rəsulzadənin 125 illiyinin dövlət səviyyəsində qeyd olunmamasını iqtidara irad tutublar. Deputat Nəsib Nəsibli isə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından birinə bu cür münasibətin səbəbini hakim YAP-dan soruşdu:
«M.Ə.Rəsulzadənin yubileyi dövlət adamı kimi keçirilmədi, heç olmasa jurnalist kimi qeyd edilməsinə şərait yaradılaydı. Azərbaycanda Rəsulzadəni sevməyən yoxdur. Axı o YAP-a nə edib ki, ona qarşı bu cür münasibət bəsləyirsiniz».
Yanvarın 31-i Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri M.Ə. Rəsulzadənin anadan olmasının 125 illiyi tamam olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG