Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:11
Dinlə

Fevralın 2-si – Gənclər Günündə «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonaqları gənclər oldular. Onlar «Azərbaycanda gənclər necə yaşayırlar?» sualı ətrafında müzakirə apardılar.

«Dalğa» Gənclər Hərəkatının üzvü Vüsal Əhədzadə deyir ki, bir gənc kimi onu ən çox təhsil sahəsi narahat edir: «Bir çox problemlərin önündə təhsil gedir. Təhsil bağçadan başlayır, orta məktəbdə davam edir və universitetdə mükəmməlləşir. Ölkədə təhsilin pis səviyyədə olması mənfi nəticələrə gətirib çıxarır. Məncə, təhsilin səviyyəsinin möhkəmləndirilməsi, bu sahədəki ciddi problemlərlə mübarizə aparılması dövlətin inkişafına xüsusi təsir göstərər».

Vüsal deyir ki, cəmiyyətin əsas hissəsi olaraq gənclərin də hüquqları tapdanır: «Gənclərin haqları universitetlərdə və hərbi hissələrdə daha çox tapdanır.
Nurəddin Babayev
Təəssüf ki, bir çox hallarda hüququ pozular gənclər bunu etiraf etmək istəmirlər, qorxurlar. Çünki onları müdafiə edən heç bir qurum yoxdur».

«Bir gənc kimi Azərbaycanda yaşamaq, dolanmaq çətindir» – bunu isə Vətəndaş və İnkişaf Partiyasının Gənclər təşkilatının sədri Nurəddin Babayev deyir. Onun sözlərinə görə, «1988-89-cu illərdə başlanan xalq hərəkatının aparıcı qüvvəsinin gənclər olması heç kəsə sirr deyil. Amma bu gün gənclər cəmiyyətdə çox passiv yer tuturlar. Bunun səbəbi tərbiyə məsələsindədir. O dövrdə gəncləri Bəxtiyar Vahabzadə, Ramiz Rövşənin şeirləri tərbiyə edirdi. İndiki nəsli isə realiti-şoular, faiq ağayevlər, röyalar tərbiyələndirir».

Proqramın digər qonağı - «Yuğa» Gənclər Təşkilatının sədri Pərvanə Məmmədova da müasir gənclərin passiv olduğunu qənaətindədər:

Pərvanə Məmmədova
«Bizim təşkilatın məqsədi daha çox gənc qız və qadınların cəmiyyətdə rolunu aktivləşdirməkdir. Əfsuslar olsun ki, gənc xanımların bilik və bacarıqları, hüquqları sahəsində böyük problemlər var. Biz bununla bağlı müxtəlif layihələr həyata keçiririk. Yanvarın ortalarında «Təhsildə şəffaflıq» adlı layihəyə start vermişik. Bakıdakı 5 universitet tələbələri üçün seminarlar keçiririk. 1 illik layihədir, sonda bu tələbələr arasından 1 nəfər ombudsman seçəcəyik. Təhsil ocağında rüşvət faktı ilə rastlaşan tələbə və müəllimlər bu haqda ona məlumat verəcəklər».

Şərhləri göstər

XS
SM
MD
LG