Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

Nargin adasında 6 milyard dollarlıq şəhər


«Yeddi zirvə» layihəsinin baş planının dizaynını Bjarke İngels Group (BİG) verib

«Yeddi zirvə» layihəsinin baş planının dizaynını Bjarke İngels Group (BİG) verib

Xəzərdə, Nargin adasında ekoloji təmiz yeni istirahət və əyləncə şəhərciyi tikəcəklər.

Layihənin sahibi yerli Aurositi Holding şirkətidir. Şirkətin icraçı direktoru Oğuz Okan «Azadlıq» Radiosuna deyib ki, layihənin dəyəri 6 milyard dollardır. Okan deyir ki, bu özəl layihədir və büdcə vəsaiti tikilməyəcək, ayrı-ayrı investorlara təklif ediləcək. Oğuz Okan deyib ki, tikinti işlərinin nə vaxt başlanacağı hələ məlum deyil.

Layihənin baş planının dizayneri Bjarke İngels Group (BİG) press-reliz yayıb ki, adada ancaq günəş, külək və su enerjisindən istifadə olunacaq. Gözlənilir ki, burada ənənəvi enerjinin ekoloji təsiri «sıfır» olacaq.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev «Azadlıq» Radiosuna deyib ki, bu layihədən xəbəri yoxdur, büdcə vəsaiti hesabına bu tipli layihənin həyata keçirilməsi nəzərdə tutulmur: «Amma biz Nargin adasında turizmin inkişafını nəzərdə tuturuq».

BİG yazır ki, adanın ərazisi 1 kv km.-dir, istirahət şəhərciyini bütün ərazidə tikəcəklər. Layihə ideyası Azərbaycanın səmadan da görünən yeddi dağ zirvəsindən alıb.

Beləliklə, adada Azərbaycandakı yeddi dağ zirvəsini təmsil edən komplekslər tikiləcək.

Layihənin dizayneri Bjarke İngels Group press-relizində yazır ki, Yaxın Şərqdəki bəzi ekstravaqant layihələrdən fərqli olaraq, bu layihədə ərazinin iqliminə xüsusi diqqət ayrılır, bu da ona ümid verir ki, layihə gələcəkdə başqa ekoloji cəhətdən təmiz layihələr üçün zəmin yaradacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG