Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:21

«Nokia» işçilərinin elektron məktublarına nəzarət etmək istəyir


«Nokia» tələbində israrlıdır və əks halda Finlandiyanı tərk edəcəyini bildirir

«Nokia» tələbində israrlıdır və əks halda Finlandiyanı tərk edəcəyini bildirir

«Nokia» şirkətinin rəhbərliyi əməkdaşlarının elektron məktublarına nəzarətin leqallaşdırılmasını istəyir. Şirkət Finlandiya siyasətçilərindən tələb edir ki, bu məqsədlə ölkə qanunvericiliyində dəyişiklik etsinlər. Onların fikrincə, belə bir qanun sahibkarlara biznes sirlərinin qorunması üçün vacibdir.
Hüquq ekspertləri «Nokia»nın təklifini insanların şəxsi həyat toxunulmazlığı prinsiplərinə zidd bir addım kimi qiymətləndirilər.

Lakin «Nokia» tələbində israrlıdır və əks halda Finlandiyanı tərk edəcəyini bildirir. Şirkət başqa ölkəyə köçərsə, Finlandiya 16 000 iş yerini, ölkənin xəzinəsi isə 1,3 mlrd. avro illik vergi gəlirlərini itirə bilər.

İki həftədən sonra Finlandiya parlamenti bu qanun layihəsini müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG